“Türkiyə ədəbiyyatı
antologiyası”nın təqdimatı keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib.
İyunun 6-da Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kiprin ölkəmizdəki təmsilçisi Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini Osman Çeviksoy və digər qonaqlar, eləcə də Azərbaycanın tanınmış ziyalıları iştirak ediblər.
Tərcümə Mərkəzinin direktoru Afaq Məsud tədbiri açaraq nəşr haqqında məlumat verib. O, XIX-XXI əsrlər Türkiyə ədəbiyyatının mənzərəsinin ilk dəfə belə bir akademik formatda təqdim edildiyini bildirib, “Türkiyə şeiri antologiyası” üzərində də işin başlandığını diqqətə çatdırıb.
Səfir Erkan Özoral iki qardaş ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirərək, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu vurğulayıb.
Avrasiya
Yazarlar Birliyinin sədr
müavini Osman Çeviksoy antologiyanın məziyyətlərindən
danışıb, Tərcümə Mərkəzinə təşəkkürünü
bildirib və təmsil etdiyi
qurumun fəxri diplomunu
Afaq Məsuda təqdim edib.
Mədəniyyət.- 2017.- 9 iyun.-
S.15.