Qobustan - minilliklərin daş yaddaşı

 

 

 

   Tarix-bədii qoruğun yubileyi münasibətilə “Yallı” bədii proqramı təqdim olundu

  

   İyunun 13-də Qobustan Milli tarix-bədii qoruğunda “Yallı” adlı bədii proqram təqdim olundu. Tədbir Qobustan qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuşQobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində keçirildi.

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, digər rəsmilər, “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” beynəlxalq elmi konfransının nümayəndələri iştirak edirdi.

   Əvvəlcə qonaqlar qoruq ərazisində yerləşən muzeylə tanış oldular. Bildirildi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq burada muzeyinzibati bina kompleksi inşa olunub. Yeni muzey binası 12 kompozisiya zalından ibarətdir. Burada qoruq əməkdaşları üçün 15 xidməti otaq, kitabxana, fotolaboratoriyaelmi tədqiqat şöbəsi fəaliyyət göstərir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün də şərait yaradılıb. Rəsmlərin halqavarı zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür.

   MuzeyinQobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. Ziyarətçilər sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər.

   Məlumat verildi ki, Qobustan Milli tarixi-bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi səyi nəticəsində Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib.

   Daha sonra Böyükdaş dağının yuxarı hissəsində “Yallı” adı altında bədii proqram nümayiş olundu. Proqramda Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının təqdimatında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc QarayevinQobustan kölgələri” baletindən parçalar, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin ifasında “Çoban” rəqsi, “Qızlar” rəqsi, Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında “Köçəri” yallısı və “Qaval” rəqsi nümayiş olundu.

   Xalq artisti Azər Zeynalov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlunun ifasında mahnılar səsləndirildi.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.2.