Balaca pianoçu beynəlxalq yarışmada laureat olub

 

 

 

   Sumqayıt Regional Mədəniyyət Turizm İdarəsinin Abşeron rayon Xırdalan şəhər Uşaq musiqi məktəbi daha bir uğura imza atıb.

   Məktəbin fortepiano ixtisası üzrə II sinif şagirdi Nuray Mehdiyeva (müəllim - Arzu Manafova) Türkiyənin İzmir şəhərində 4-7 iyun tarixində keçirilənMotsart Akademiyası beynəlxalq piano müsabiqəsi festivalı”nda uğurla çıxış edib.

   Nuray Mehdiyeva yarışmanın 5-8 yaş kateqoriyası üzrə II dərəcəli diplomuna layiq görülərək laureat adını qazanıb.

   Bu il üçüncü dəfə gerçəkləşən müsabiqə-festivala 5-8, 9-11, 12-14, 15-19 və 20-25 yaş arası 5 kateqoriya üzrə Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Qazaxıstandan iştirakçılar qatılıb. Yarışmada proqrama əsasən dünya bəstəkarlarının klassik əsərləri ifa olunub.

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.12.