Muzeydə müharibə veteranı, yazıçı və rəssamla görüş

 

 

 

   Quba Tarix-Diyarşünaslıq Muzeyində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

   Tədbirdə yazıçı-jurnalist, rəssam, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Kərim Dünyamalı ilə Dağlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin görüşü təşkil olunub.

   Tədbiri muzeyin direktoru M.Hacıyeva açıb. Sonra Kərim Dünyamalı keçdiyi döyüş yolundan və vətənpərvərlik ruhlu kitablarından bəhs edib. Tədbirin sonunda kitablarını fəal şagirdlərə hədiyyə edib.

   Muzeydə Kərim Dünyamalının rəsmlərindən ibarət sərgi də təşkil olunub.

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.12.