Azərbaycan təamları Rusiya telekanalında

 

 

   Rusiyanın NTV kanalında yayımlanan “Aleksey Ziminlə bişiririkverilişinin növbəti buraxılışında Azərbaycan mətbəxinin təamları təqdim edilib.

   Verilişin aparıcısı, tanınmış rusiyalı jurnalist Aleksey Zimin tamaşaçılarına dovğa, səbzili bulqurqozlu şirin mütəkkənin bişirilmə qaydalarını öyrədib. NTV kanalının geniş auditoriyaya malik verilişinin tamaşaçıları ev şəraitində, öz mətbəxlərində ləziz xörəklərin hazırlanmasını addımbaaddım izləyir, kulinariyanın sirlərini öyrənirlər.

 

Mədəniyyət.- 2017.- 14 iyun.- S.12.