İstanbulda Azərbaycan gecəsi təşkil olunub

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki nümayəndəliyi tərəfindən II İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil edilib. Mərasim keçirilən salonda Azərbaycanın turistik bölgələri, tarixi abidələri, milli ənənələrini tərənnüm edən rəsmlər sərgilənib.

   İstanbulunMercure” hotelində təşkil olunan gecədə diplomatlar, turizm filmləri festivalında iştirakçı ölkələrin nümayəndələri, tanınmış rejissor və ssenaristlər, media təmsilçiləri iştirak ediblər.

   Əvvəlcə Azərbaycanın turizm imkanlarını, zəngin mədəniyyətini, müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.

   İştirakçılara Azərbaycan kəlağayıları, milli mətbəximizin ləziz nümunələri təqdim olunub.

   Gecə musiqili proqramla davam edib.

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.11.