Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi

 

 

   Milli Kitabxanada elmi konfrans sərgi keçirilib

  

   İyunun 14-də Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyi AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgəHeydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibimövzusunda elmi konfrans “15 İyun - Milli Qurtuluş Günüadlı kitab sərgisinin açılışı keçirilib.

   Əvvəlcə iştirakçılar ümummilli liderin həyatını, dövlətçilik fəaliyyətini, müstəqillik tariximizi əks etdirən kitab sərgisi ilə tanış olublar. Sərgidə 200-ə yaxın ədəbiyyat nümayiş olunub.

   Milli Kitabxananın direktoru Kərim Tahirov konfransı açıq elan edərək ümummilli liderin ömür yoluna nəzər salıb, ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin dünyaya tanıdılmasında rolundan, xalqımız qarşısında tarixi xidmətlərindən, mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açıb.

   Sonra ümummilli lider haqqında qısa film təqdim edilib.

   Konfransda iştirak edən mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün dünyada hörmət böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətindən danışıb, onun uzaqgörən istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etdiyini bugünkü nüfuzlu mövqeyə çatdığını vurğulayıb. Vaqif Əliyev çıxışında ulu öndərin ictimai-siyasi fəaliyyətinə nəzər salaraq onun siyasi rəhbərlikdə olduğu sovet dövrü, 80-ci illərin sonu 1991-2003-cü illərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası möhkəmləndirməsi dövründən bəhs edib, bu illərdə Heydər Əliyevin siyasətdə atdığı addımlardan söz açıb.

   Konfransda AMEA-nın həqiqi üzvü, millət vəkili, Tarix institutunun direktoru Yaqub Mahmudov, institutun əməkdaşları - professor Ədalət Qasımov, tarix üzrə fəlsəfə doktorları Leyla Hüseynova, Nigar Axundova çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirib, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırıb.

   Tədbirin sonunda AMEA-nın Tarix İnstitutunun son illərdə çapdan çıxmış nəşrləri Milli Kitabxanaya hədiyyə olunub.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.6.