Mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi qaydaları ilə bağlı müşavirə

 

 

   İyunun 13-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi qaydalarının asanlaşdırılması məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə müşavirə keçirilib.

   Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar bu il mayın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzi yaradılıb və Nisəxanım Muxtarlı nazirliyin qurumda nümayəndəsi təyin olunub.

   Bir pəncərə” İxraca Dəstək Mərkəzində mədəni sərvətlərin ixracı zamanı mühafizə şəhadətnamələrinin əldə edilməsi üçün hər bir fizikihüquqi şəxs “Bir pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edə bilər.

   Müşavirədə nazirliyin səlahiyyətli nümayəndələri tərəfindən rəhbərlik etdikləri ekspert komissiyalarının “Bir pəncərə” İxraca Dəstək Mərkəz ilə işin səmərəli qurulması, mühafizə şəhadətnamələrinin verilməsi qaydalarının asanlaşdırılması, ekspert rəylərinin verilməsi ilə bağlı mövcud olan qiymət cədvəllərinin tənzimlənməsi barədə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.8.