Pianoçu şagirdlər Türkiyədə laureat olublar

 

 

 Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə X sinif şagirdləri Səbinə Eldarlı, Nigar Kərimova XI sinif şagirdi Gülnaz Eldarlı Türkiyənin İzmir şəhərində keçirilənMotsart Akademiyasıgənc pianoçuların III beynəlxalq festival müsabiqəsində iştirak ediblər.

   Məktəbdən bildirilib ki, iki turdan ibarət müsabiqənin nəticəsinə görə Gülnaz Eldarlı birinci, Səbinə Eldarlı isə ikinci yeri qazanıb. Nigar Kərimova isə diploma layiq görülüb. Onların müəllimi professor Siala Sinamdzqvarişvilidir.

 

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.9.