İncəsənət Muzeyində azyaşlı istedadların əl işləri sərgilənib

 

 

 

   İyunun 13-dən 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində azyaşlı istedadların sərgisi keçirilib. Sərgidə Alyona Bandurinanın rəssamlıq məktəbi şagirdlərinin qrafika, rəngkarlıq, şüşə üzərində əl işləri nümayiş olunub.

   Sərginin açılışında çıxış edən Alyona Bandurina Azərbaycanda çoxlu istedadlı uşaqların olmasından qürur duyduğunu dilə gətirib. Bildirib ki, rəhbərlik etdiyi rəssamlıq məktəbi 2010-cu ildə yaradılıb. Məktəbin yetirmələri arasında Rusiya, Gürcüstan, ABŞ, Peru, Kolumbiya, Qazaxıstan və digər ölkələrin vətəndaşları var. Məktəbin məzunları təhsillərini incəsənət üzrə aparıcı təhsil ocaqlarında davam etdirirlər.

 

Mədəniyyət.- 2017.- 17 iyun.- S.15.