İki inci, iki canlı tarix

 

 

 

   Fidan Xuraman Qasımova bacılarının yaradıcılıq gecəsi

  

   İyunun 17-də Heydər Əliyev Sarayında görkəmli müğənnilər, xalq artistləri Fidan Xuraman Qasımovaların yaradıcılığına həsr edilmişİki inci, iki canlı tarixadlı tədbir keçirilib.

   Əvvəlcə gecənin iştirakçıları sənətkarların həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək FidanXuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasında xidmətlərindən söz açıb. Qeyd olunub ki, onlar müxtəlif ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə Azərbaycanın adını hər zaman öz sənətləri ilə ucaldıblar. Milli vokal ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan FidanXuraman bacıları dünya miqyasında tanınan sənətkarlardır. Hər iki müğənninin yüksək mükafatlara və fəxri adlara layiq görülməsi dövlətimiz tərəfindən onların sənətinə və bütövlükdə mədəniyyətimizə verilən yüksək dəyərin göstəricisidir.

   Bildirilib ki, geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan Qasımova bacıları musiqisevərləri heyran qoyublar. Onlar son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yeni vokalçılar nəslini yetişdirirlər. Həmin gənclərin arasında beynəlxalq müsabiqələrin diplomantları və laureatları da az deyil. Azərbaycan opera sənətinin fəxri olan müğənnilərin sorağı dünyanın ən möhtəşəm salonlarından gəlir.

   Hər iki sənətkara yaradıcılıq uğurları arzulayan nazir 70 illik yubileyi münasibətilə Fidan Qasımovanı təbrik edib. Əbülfəs Qarayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

   Fidan Qasımova onların sənətinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

   Tədbir iştirakçıları FidanXuraman Qasımova bacılarının həyat və yaradıcılığından bəhs edən “İki inci, iki canlı tarix” adlı sənədli filmə baxıblar. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında ekranlaşdırılıb.

   Sonra Qasımova bacıları maraqlı konsert proqramı təqdim ediblər. Onları Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Konsertdə opera müğənniləri repertuarlarında yer alan musiqi əsərləri ilə yanaşı, yeni kompozisiyalar da səsləndiriblər.

   Bir-birindən parlaq ifalar böyük tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılanıb.

 

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.8.