Nəsiminin yubileyinə həsr olunmuş beynəlxalq konfrans

 

   İyunun 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Nəsimi-600” adlı beynəlxalq elmi konfrans keçiriləcək. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi konfrans böyük Azərbaycan şairinin vəfatının 600-cü ildönümünə həsr olunub.

   Beynəlxalq konfransda dünyanın ölməz sənətkarları sırasında yer tutan qüdrətli söz ustadı və mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) zəngin irsi araşdırılacaq, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs olunacaq.

  

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.2.