Azərbaycanlı pianoçunun Parisdə solo konserti

 

 

 

   Tanınmış pianoçu Səidə Zülfüqarova iyunun 25-də Parisdə Bulon-Bilankur Birləşmiş Protestant Kilsəsində solo konsert proqramı ilə çıxış edəcək.

   İfaçı bu məlumatı sosial şəbəkə səhifəsində paylaşıb. Konsertin proqramına L.Bethoven, F.Şopen, C.Hacıyev, F.Bədəlbəyli F.Sayın əsərləri daxildir.

   Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Paris IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Hazırda Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.

 

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.3.