Astanada Azərbaycan xalçalarının sərgisi

 

 

 

   Qazaxıstanın paytaxtı Astanada keçirilən Avrasiya Beynəlxalq kitab sərgisi çərçivəsində “Azərbaycan xalçalarının hazırlanmasının qədim ənənələri” adlı sərgi açılıb.

   Ölkəmizin Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə xalçaçı Zakir Binnətli qədim xalq sənətimizdən bəhs edib. Bildirib ki, Azərbaycan xalçaları dünyanın məşhur rəssamlarının tablolarında, səyyahların əsərlərində təsvir olunub, gözəlliyi ilə hamını heyran qoyub. Azərbaycan xalçaları zərif və parlaq yunu, yüksək keyfiyyəti, rəngarəngliyi, ecazkar naxışları ilə hələ Orta əsrlərdən dünya miqyasında şöhrət tapıb, XIX əsrdə beynəlxalq sərgilərdə nümayiş etdirilib.

   Tədbirdə Azərbaycan xalça məktəbləri haqqında ətraflı məlumat verilib.

   Sərgidə Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təqdim olunan milli çalğı alətləri, kitabjurnallar iştirakçıların marağına səbəb olub.

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.4.