Polşada Abbasqulu ağa Bakıxanovun xatirə lövhəsinin açılışı keçirilib

 

   Polşanın Lyublin voyevodluğunun Lubelski rayonunun Beljitse şəhərindəki N.Kopernik adına məktəbdə görkəmli Azərbaycan alimi, mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun və məşhur astronom Nikolay Kopernikin xatirə lövhəsinin açılışı keçirilib. Azərbaycanın Polşadakı səfirliyinin dəvəti ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Loğman MüslümovMKS-nin direktoru Saməddin Nəsirov mərasimdə iştirak etmək üçün iyunun 8-dən 11-dək bu ölkədə səfərdə olub.

   İyunun 9-da keçirilən mərasimdə şəhərin meri çıxış edərək qonaqları salamlayıb.

   Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək iki ölkənin əlaqələrindən, Abbasqulu ağa Bakıxanovun həyat və fəaliyyətindən söz açıb.

   Quba rayonunun icra başçısı çıxışında A.Bakıxanovun uşaqlıq dövrünün Qubada keçməsi barədə məlumat verib. Məktəbin direktoru bu il 600 illik yubileyi qeyd olunan N.Kopernik haqqında danışıb.

   Sonra məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş olunub. Qarşılıqlı hədiyyələr təqdim edilib.

   Səfər müddətində nümayəndə heyəti Beljitse şəhəri, eləcə də Varşava şəhərinin tarixi, mədəni və digər görməli yerləri ilə tanış olub.

 

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.6.