Bəsləsən atlas olar tut yarpağından

 

 

   Qaxda ənənəvi bayram keçirilib

  

   Şəki Regional Mədəniyyət Turizm İdarəsi Qax rayon nümayəndəliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmbərçay kəndindəBəsləsən atlas olar tut yarpağındanadlı ənənəvi tut bayramı keçirilib.

   Tədbirdə rayonun idarə təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd ağsaqqalları, məktəblilər mədəniyyət işçiləri iştirak ediblər.

   İştirakçılar süfrələri tutdan hazırlanmış müxtəlif xörəklərlə, şirniyyatlarla bəzəyiblər. Bayram tut çırpmaqla başlayıb. Sonra iştirakçılar özlərinin bəzədiyi süfrələrin arxasına keçiblər. Kənd ağsaqqalı Abdul Muradov tədbirə qatılanları salamlayıb.

   Tədbirdə tut meyvəsinin faydalarından, ondan hazırlanan xörək şirniyyatlardan söhbət açılıb. S.Vurğun adına Mədəniyyət mərkəzininArzuxalq kollektivinin, Uşaq incəsənət məktəbininTumurcuqrəqs kollektivinin çıxışları tədbirə xüsusi ahəng qatıb.

   Sonda Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova çıxış edərək iştirakçılara, kəndin ağsaqqallarına, əhalisinə tədbir üçün lazımi şərait yaratdıqlarına görə təşəkkür edib.

 

Mədəniyyət.- 2017.- 21 iyun.- S.7.