Ölkəmiz Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunur

 

 

 

   Qazaxıstanın paytaxtı Astanada SSRİ və Qazaxıstanın Xalq artisti, Dövlət mükafatı laureatı Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq teatr festivalı keçirilir.

   Astanada “EKSPO 2017” beynəlxalq sərgi proqramı çərçivəsində gerçəkləşən festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü İsrafil İsrafilov təmsil edir.

   Universitetdən bildirilib ki, İ.İsrafilov festivala münsiflər kollegiyasının üzvü kimi dəvət alıb. İyunun 26-dək davam edəcək festivalda Qazaxıstan, Latviya, Almaniya, Koreya Respublikası, Qırğızıstan, Belarus, Gürcüstan, RusiyaÇinin teatr kollektivlərinin çıxışları nəzərdə tutulur. Festivalda Avropa və Asiyanın görkəmli teatr xadimləri və yaradıcı kollektivləri iştirak edir.

 

 

Mədəniyyət.- 2017.- 23 iyun.- S.5.