Həmvətənimiz Sankt-Peterburq səhnəsində baş rolda

 

 

   İyunun 24-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında Jan-Filip Ramonun “Kralın əyləncəsi” baleti nümayiş olunacaq.

   Səhnə əsərində Kral obrazını həmvətənimiz Timur Əsgərov canlandıracaq. Balet “Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş etdiriləcək.

   T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna OperaBalet teatrlarında çalışıb. 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2017.- 23 iyun.- S.3.