Xalq teatrlarının muxtar respublika festivalı başa çatıb

 

 

 

   Naxçıvan Muxtar Respublikasında xalq teatrlarının festivalı yekunlaşıb.

   Festivalın son günündə Rza Təhmasib adına Şərur rayon Xalq teatrı Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində rus şairi Aleksandr PuşkininMotsartSalyeri” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edib. Tamaşadan sonra muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək iyunun 6-dan 20-dək keçirilən festivalın teatr sənətinin inkişafında, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində əhəmiyyətindən danışıb.

   Sonra xalq teatrlarının bütün üzvləri səhnəyə çıxıblar. “Ən aktual mövzulu tamaşa” nominasiyası (Babək rayon Xalq teatrının “Xəcalət” tamaşası), “Ən yaxşı rejissor işi” (Şərur rayon Xalq teatrının rejissoru Nəsimi Məmmədzadə), “Ən yaxşı səhnə tərtibatı” (Şahbuz rayon Xalq teatrı) və digər nominasiyalarda diplomlar sahiblərinə təqdim olunub.

 

 

Mədəniyyət.- 2017.- 23 iyun.- S.7.