“İki
yad adam”
Tbilisidə təqdim olunub
“SOCAR Energy Georgia” MMC-nin Tbilisidəki baş ofisində görkəmli yazıçı
Mir Cəlal Paşayevin
“Kəmtərovlar ailəsi”
hekayəsinin motivləri
əsasında ekranlaşdırılmış
“İki yad adam” filminin
nümayişi olub.
Tədbirdə Azərbaycan səfirliyinin
əməkdaşları, Batumidəki
baş konsul Rəşad İsmayılov,
gürcü və azərbaycanlı ziyalılar
iştirak ediblər.
“SOCAR Energy Georgia”
MMC-nin baş direktoru Mahir Məmmədov çıxış
edərək Mir Cəlal
Paşayevin yaradıcılığından
danışıb, görkəmli
yazıçının əsərlərinin
bugünkü və gələcək nəsillər
üçün tərbiyəvi
əhəmiyyət daşıdığını
qeyd edib. Bildirib ki, 1930-cu illərdə qələmə alınan
əsər “ADDIM” Gənclər
Təşkilatının sifarişi
ilə “Caspian Media Group” şirkəti
tərəfindən ekranlaşdırılıb.
Film ilk dəfə
mart ayında Çinin
paytaxtı Pekində keçirilən “Grand Asian Film” beynəlxalq festivalında
nümayiş olunub, “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülüb. Apreldə isə
film Astanada göstərilib.
Sentyabr ayında kinolentin Bakıda nümayişi olacaq.
Filmdə gənc Azərbaycan ailəsinin həyatından bəhs olunur. Bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə arvadın maraqlı ünsiyyətindən bəhs edən film tamaşaçılarda böyük maraq doğurub.
Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.
Rolları Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları canlandırıblar.
Mədəniyyət.- 2017.- 30 iyun.-
S.10.