İpək Yolumusiqi festivalı davam edir

 

 

   Şəkidəİpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı rəngarəng konsert proqramları ilə davam edir. İyunun 29-da Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub.

   Konsert proqramı Azərbaycan Televiziya Radiosunun Cahangir Cahangirov adına Xorunun (bədii rəhbər baş dirijor - Şəhla Ələkbərova) çıxışı ilə başlayıb.

   Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri Azərbaycan xalq mahnıları səslənib.

   Tədbirdə festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə danışıb.

   Məlumat verilib ki, Azərbaycan Televiziya Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. Xor fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış müğənniləri kollektivlə əməkdaşlıq edib. Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Aqşin Əlizadə digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb.

   Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecinin xorukamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

   Sonda Cövdət Hacıyevin oğlu musiqişünas İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

   Festivalın proqramına uyğun olaraq, iyunun 29-da axşam saatlarında İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupu konsert proqramı ilə çıxış edib.

 

 

Mədəniyyət.- 2017.- 30 iyun.- S.2.