Məktəblərin yekun konsertləri

 

 

   Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində 2 saylı Uşaq musiqi məktəbinin 2016-2017-ci tədris ilinin yekunlarına dair konserti keçirilib. Məktəbin 8 ixtisas üzrə təhsil alan şagirdlərinin ifasında Azərbaycan, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Sonda məktəbin direktoru Tərlan müəllim konsertin təşkilində köməyi olanlara təşəkkürünü bildirib.

   Şəki şəhər Uşaq incəsənət məktəbində də tədris ilinin yekunu ilə əlaqədar hesabat konserti olub. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, idarənin məsləhətçisi Xatirə Səlimli və digər qonaqlar iştirak ediblər.

   Məktəbin direktoru Eldar Rəcəbov şagirdlərin respublikada keçirilən müsabiqələrdə iştirakından və qazanılan uğurlardan söhbət açıb. Tədris ilində məktəbdə öz sinifləri üzrə yaxşı nəticə göstərən müəllimlərin adları qeyd olunub, müsabiqələrdə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub. Sonra şagird və müəllimlər geniş konsert proqramı ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2017.- 30 iyun.- S.6.