Turizm Şurası bu sahədə bütün qurumların fəaliyyətini əlaqələndirəcək

 

 

   Şuranın iclasında Novruz karnavalının, ticarət festivallarının keçirilməsi və digər layihələr müzakirə edildi

  

   Fevralın 28-də Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclası keçirildi. İclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verdi.   

   Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunumilli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı: “Görülən ardıcıl tədbirlər hesabına ildən-ilə ölkəmizə səfər edən xarici turistlərin sayı artmaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, MalayziyaSinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda elektron viza sisteminin tətbiqi və bu il yanvarın 10-dan etibarən “ASAN Vizasisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”.

   Nazir Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmişTurizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışdı. Bildirdi ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına və 6 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında fərmanına əsasən ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlərin görülməsinə başlanılıb: “Turizm özlüyündə bir sıra aidiyyəti qurumların əlaqəli fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunurbundan sonra da əsas işimiz əlaqədar strukturlarla birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll etmək olacaq. Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir”.

   Turizm Şurasının katibliyinin yaradıldığını diqqətə çatdıran Əbülfəs Qarayev sektorun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədlilə katibliyin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını dedi. Ticarət festivallarının keçirilməsi məsələsinə toxunan nazir bildirdi ki, birinci festival aprelin 10-dan mayın 10-dək keçiriləcək. Bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Növbəti festivalın oktyabr ayında keçirilməsi nəzərdə tutulur.

   Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün “Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral tarixində imzaladığı sərəncamın əhəmiyyətini yüksək qiymətləndirdi. Bu sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan sərhəd, gömrük və digər sahələrdə çalışan yerli vətəndaşlara dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı üzrə təlimlərin keçirilməsi istiqamətində işlər görüləcək.

   İclasda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılması ilə bağlı görüləcək işlər haqqında məlumat verdi. Həmçinin Naftalan nefti əsasında mövcudyeni sağlamlıq məhsullarının təşviqi məqsədilə Naftalan neft-tədqiqat qrupunun yaradılacağı vurğulandı.

   Daha sonra çıxış edən Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova ölkəmizdə ticarət festivallarının keçirilməsi, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev büronun həyata keçirəcəyi işlər haqqında danışdılar.

   Milli Turizm Təbliğat Bürosunun “Bakı şəhərində Novruz bayramı zamanı bir həftə müddətində Novruz karnavalı”nın təşkili və turizm dayanacaq məntəqələrinin yaradılması haqqında layihənin təqdimatı oldu.

   Daha bir layihə turistlərin marağına səbəb ola biləcək turizm məkanlarına, muzeylərə daha çox ziyarətçi cəlb etmək məqsədi daşıyır. Layihə 2017-ci ilin mart, aprelmay aylarında Bakıda keçiriləcək beynəlxalq festivalları, idman oyunlarını və forumları nəzərə alaraq ilkin olaraq qısa tanıtım videoçarxlarının və çap məhsullarının hazırlanıb ölkənin hava limanlarında, vağzallarda, sərhəd keçid məntəqələrində turistlərə paylanmasını ehtiva edir.

   İclasda Şura üzvləri tərəfindən turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparıldı. Daxili turizmin inkişaf etdirilməsi, yerlixarici turistlər üçün cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli istifadə imkanlarının yaradılması məqsədilə turistlərin məhdudiyyətli ərazilərə gediş-gəlişinin sadələşdirilməsi, turizm infrastrukturununturist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi müzakirə olundu.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.2.