Qədim və müasir musiqi alətlərindən ibarət sərgi və konsert

 

 

   Martın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının “Milli alətlərin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının elmi əsaslarla hazırladığı və təkmilləşdirdiyi musiqi alətlərinin sərgisi açılacaq və Xalq çalğı alətləri orkestrinin konserti olacaq.

   Elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov bildirib ki, sərgidə 100-ə yaxın qədim və müasir musiqi aləti təqdim olunacaq. Konsertdə tanınmış və gənc ifaçıların çıxışları dinləniləcək.

  

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.2.