Milli Dram Teatrının aktyorları məktəbin qonağı olublar

 

 

 

   Nizami rayonundakı 328 nömrəli məktəbdə Akademik Milli Dram Teatrının aktyorları - Xalq artisti Nurəddin Mehdixanlı Anar Heybətovla görüş keçirilib. Görüşü giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev açaraq teatrın cəmiyyətdəki hər bir xalqın mədəni inkişafındakı rolundan danışıb.

   Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub. Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub.

   Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.

   Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib. 7-ci sinif şagirdi Səid Cümşüdov isəÖlülərəsərindən Kefli İsgəndərin monoloqunu söyləyib.

  

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.4.