Mobil kitabxana proqramı oxucuların istifadəsinə verilib

 

 

   Müxtəlif yaş qrupuna kateqoriyaya aid oxucuları etibarlı, innovativ operativ kitabxana-informasiya xidmətləri ilə təmin etmək məqsədilə Mədəniyyət Turizm Nazirliyi tərəfindən ölkə Prezidentinin sərəncamı ilə yaradılmışAzərbaycan ədəbiyyatının virtual kitabxanası”nın bazası əsasında mobil kitabxana proqramı hazırlanaraq kitabsevərlərin istifadəsinə verilib.

   Oxucular “Mobil kitabxana” - vBooks proqramını “Play market”dən (play.google.com/store/apps/details?id=az.itstandard.vbooks) ödənişsiz olaraq “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona digər elektron cihazlara yükləyə bilərlər.

   “Mobil kitabxanaproqramının elektron məlumat bankına 5000-dən çox kitab - siyasi, hüquqi, iqtisadi, tarix, bədii uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm müasir elm sahələrinə dair milli xarici ədəbiyyat daxil edilib.

   Proqramda baza üzrə sərlövhə müəllifə görə axtarış aparmaq mümkündür. Axtarış sistemi tərəfindən istifadəçiyə kitabın üz qabığı ona dair qısa informativ məlumat (müəllifi, kitabın adı, İSBN nömrəsi, kateqoriyası, faylın həcmi) ekranda təqdim olunur. Proqramda hər bir oxucu fərdi rəfini yarada ona lazım olan kitabları bazadan seçərək şəxsi rəfində yerləşdirə bilər.

   Kitabın mətnində sözə görə axtarış aparmaq, istənilən hissənin surətini çıxarmaq ya digər əlaqə vasitələri ilə seçilmiş hissəni başqa şəxslərə göndərmək mümkündür. Proqram həmçinin, offlayn rejimində, cihazın internetə çıxışı olmadığı zamanda da işlək vəziyyətdə olur. Yəni oxucu bazadan seçərəkMənim kitablarımbölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər.

   Bu mobil proqram vasitəsilə oxucular zaman və məkandan asılı olmayaraq, müxtəlif sahələri əhatə edən, mütəmadi yenilənən və çoxspektrli məlumat bazasına çıxış əldə edəcəklər.

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.4.