“Xocalısız 25 il

 

 

   Fevralın 24-də Niyazinin mənzil-muzeyində Abdulla Şaiqin ev-muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (AMMDM) ilə birgə “Xocalısız 25 ilmövzusunda tədbir keçirildi.

   AMMDM-in direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxışında Xocalı faciəsinin xalqımızın qəlbində əbədi nisgilə çevrildiyini bildirdi.

   Muzeyin əməkdaşı Xanım Abdinova “Xocalı faciəsi bəstəkarların yaradıcılığında” mövzusunda çıxış etdi. Bildirdi ki, Xocalı, 20 Yanvar faciələri yazıçılarımız, şairlərimiz, rəssamlarımızla bərabər bəstəkarlarımızın da əsərlərində öz əksini tapıb. Bu mövzuda F.Əlizadənin “İntizar”, V.Adıgözəlovun “Natəvan”, R.Mustafayevin “Salatın”, A.Mirzəyevin “Yanvar passionları”, “Laylay” T.Bakıxanovun “Qarabağ harayı” və s. bu kimi vətənpərvərlik ruhlu, dövrün gerçəkliyini əks etdirən əsərlər yaranıb.

   A.Şaiqin ev-muzeyinin böyük elmi işçisi Arzu Hacıyevanın “Xocalını unutmayaqmövzusunda məruzəsi dinlənildi.

   Çıxışlardan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, “AYTAM” ictimai birliyinin üzvləri tərəfindən musiqi proqramı və ədəbi-bədii kompozisiya təqdim olundu.

  

   S.Fərəcov

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.5.