Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi”

 

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında fevralın 20-dən 24-dək “Xocalı həftəsi” keçirilib.

   Akademiyadan bildirilib ki, həftə ərzində hər gün birinci dərs Xocalı soyqırımına həsr edilib, habelə “Xocalı soyqırımı şagirdlərin gözü ilə” foto və rəsm sərgisi keçirilib, inşa və məqalələr yazılıb. Bununla yanaşı, “Tariximizi unutmayaqmövzusunda seminar keçirilib. Akademiyanın orta ixtisas təhsil pilləsinin tələbələri tərəfindən hazırlanan “Xocalı analarının fəryadı” adlı bədii-xoreoqrafik kompozisiya və “Biz o yerlərə qayıdacağıq” adlı ədəbi-bədii kompozisiya Sabunçu rayonu Pirşağı istirahət mərkəzində yerləşən Xocalı şəhər 2 nömrəli Musiqi məktəbində və 2 nömrəli tam orta məktəbdə nümayiş olunub.

   Akademiyanın bakalavriaturamagistratura pillələrində təhsil alan tələbələr isə “Xocalı faciəsi” mövzusunda xoreoqrafik quruluşlarını açıq dərslərdə nümayiş etdirib.

   “Xocalı həftəsi”nin yekunlarına dair konfransda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək bildirib ki, insanlığa qarşı müdhiş cinayət kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən illər keçsə də, bu soyqırımı heç zaman unudulmayacaq. Xocalıda həlak olanların xatirəsi və bu tarix qan yaddaşımızda əbədi yaşayacaq.

   Rektor Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi” çərçivəsində keçirilmiş tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyət daşıdığını deyib.

 

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.9.