Lənkəran teatrının “Xocalı
harayı”
Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya ilə hərbiçilərimiz qarşısında çıxış edib.
Böyük
maraqla izlənilən kompozisiyada istifadə olunan şeirləri
Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev,
aktyorlar Miraslan Ağayev, Sayad Əliyev, aktrisalar Şəbnəm
Hüseynova, Günel Abbaszadə və digərləri səsləndiriblər.
Kompozisiyanın ssenari müəllifi və rejissoru Xalq artisti
Qabil Quliyev, musiqi tərtibatçısı Fərahim Fərəcov,
işıq üzrə rəssamı İlham Bayramovdur.
Mədəniyyət.- 2017.- 1 mart.-
S.9.