Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin laureatı olub

 

 

 

   Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyev Almaniyanın Hamburq şəhərində keçirilən dirijorların beynəlxalq müsabiqəsində (“Debut in der Laeiszhalle”) laureat adına layiq görülüb. Müsabiqə Almaniyanın məşhur konsert salonlarından olan “Laysexalle”də gerçəkləşib.

   Beş kateqoriya - dirijorluq, fortepiano, skripka, violonçel və bəstəkarlıq üzrə keçirilən müsabiqədə iştirakçıları dünya şöhrətli musiqiçilərdən ibarət olan münsiflər heyəti qiymətləndirib. Müsabiqənin nəticələrinə görə, dirijorluq üzrə Venesueladan olan Xorxe Luis İçetequi birinci, Əyyub Quliyev ikinci, Rusiyadan Dmitri Kryukov isə üçüncü mükafata layiq görülüb.

   Müsabiqənin bağlanış mərasimində qaliblərin konsert proqramı olub. Konsertdən əvvəl keçirilən mərasimdə çıxış edən tanınmış bəstəkar Soren Nils Ayxberq qaliblərə diplommükafatlar təqdim edib.

   Rəsmi hissədən sonra müsabiqənin digər kateqoriyalar üzrə qalibləri dirijorlar Ə.QuliyevX.İ.İçetequinin rəhbərliyi altında Hamburq orkestrinin müşayiəti ilə V.A.Motsart, L.Bethoven, E.ElqarS.Prokofyevin simfonikinstrumental əsərlərini səsləndiriblər.

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.9.