Nyu-Yorkda faciə qurbanları anılıb

 

 

 

   Nyu-YorkdakıAzərbaycan Evi”ndə Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunub. Tədbiri giriş sözü iləAzərbaycan Evi”nin rəhbəri Minəvvər Vahabova açaraq Xocalı faciəsinin heç zaman unudulmaması üçün həmvətənlərimizin bir olmasının gərəkliyini söyləyib.

   Ölkəmizin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev şəhidlərimizin Vətən uğrunda canlarından keçməsini yüksək qiymətləndirib, bu faciənin heç zaman unudulmayacağını söyləyib.

   Tədbirdə Azərbaycanı sevən bir çox qonaqlar iştirak ediblər. Şəhidlərin ruhuna ehsan süfrəsi verilib. Sonda qonaqlara litvalı rejissor Aleksandras Brokasın Xocalı qırğınından söz açan "Sonsuz dəhliz" (“Endless corridor”) sənədli filmi nümayiş etdirilib.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.10.