Fiziki qüsur sənətə əngəl deyil

 

 

 

   Böyük Britaniyanın “Candoco” rəqs ansamblı sağlam və fiziki imkanları məhdud rəqqasları bir araya gətirir. Məşhur kollektiv “British Council” təşkilatının təşəbbüsü ilə Bakıda çıxış edəcək. “Candoco”nun qastrolu Mədəniyyət və Turizm Nazirliyinin, YARAT Müasir İncəsənət Mərkəzinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə reallaşacaq.

   Britaniyalı artistlər Bakıda ikihissəli tamaşa təqdim edəcəklər: “Beheld” və “Set and Reset”. Tamaşalar martın 7-8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Artistlər fiziki imkanları məhdud şəxslər üçün inklüziv mədəniyyət mövzusunda seminar da keçirəcəklər.

   Əsası 1991-ci ildə qoyulan ansamblın repertuarını müasir rəqs təşkil edir. Ansamblın əsasını qoyan Selesta Dendeker deyib: “Fiziki imkanları məhdud rəqqas öz bədəninin dilini tapmalı, hiss və emosiyalarını ifadə etməyi öyrənməlidir. Bu zaman belə artistlərin sosial adaptasiyası deyil, onların özünüifadəsi və səhnə yaradıcılığı daha çox lazımdır”.

 

Mədəniyyət.- 2017.- 1 mart.- S.11.