“Qırmızı bağfilmi "Nika" kino mükafatına namizəddir

 

 

 

   Rejissor Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub. “NikaRusiya Kinematoqrafiya Sənəti Akademiyası tərəfindən təsis edilən mötəbər kinematoqrafiya mükafatıdır.

   “Qırmızı bağfilmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Mediakino şirkəti tərəfindən lentə alınıb.

   Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).

   Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

 

Mədəniyyət.-2017.- 3 mart.- S.3.