Beynəlxalq Muğam Mərkəzində “Bayatı-Şiraz” dəstgahı

 

 

   Martın 9-da Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Bayatı-Şiraz” dəstgahı” adlı konsert proqramı təqdim olunacaq.

   Tədbirdə Xalq artisti Simarə İmanova və tələbələri çıxış edəcəklər. Solistləri Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin qələmə aldığı qəzəllər də səsləndiriləcək. Qəzəlləri Əməkdar artist, qiraət ustası, ADMİU-nun dosenti Azad Şükürov ifa edəcək.

  

   Lalə

 

Mədəniyyət.-2017.- 3 mart.- S.2.