Nizami Kino Mərkəzində “Novruz sevincləri”

 

 

   Martın 18-19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək.

   Baş idarədən bildirilib ki, şənlikdə Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və nağıl qəhrəmanlarının iştirakı ilə tamaşa nümayiş etdiriləcək. Həmçinin uşaqları müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

   Tanınmış müğənnilərin çıxışları və rəqslər bayram şənliyinə xüsusi rəng qatacaq.

 

Mədəniyyət.-2017.- 3 mart.- S.2.