Zona müşavirələri keçirilib
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin Şəmkir rayon nümayəndəliyində zona müşavirəsi keçirilib. Müşavirədə çıxış edən regional idarənin rəisi Höccət Əsədullayev mədəniyyət işçilərinin qarşısında duran vəzifələr, problemlər və görüləcək işlər haqqında danışıb.
Zona müşavirəsində mədəniyyət müəssisələrinin rəhbərləri çıxış ediblər, tədbirlər planına uyğun olaraq görüləcək işlər müzakirə olunub.
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdaş rayon nümayəndəliyində də zona müşavirəsi keçirilib. Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə regional idarənin rəisi Tahir Əliyev çıxış edib.
Regional idarənin Göyçay, Ucar və
Zərdab rayonları üzrə nümayəndələri, məsləhətçiləri
və mədəniyyət müəssisələrinin rəhbərləri
çıxış edərək 2017-ci ildə görüləcək
işlər haqqında söz
açıblar, mövcud problemlərə
dair fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.-2017.- 3 mart.-
S.4.