Qu gölünün növbəti tamaşası qadınlar bayramına həsr olunacaq

 

 

   Martın 7-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Pyotr ÇaykovskininQu gölübaletinin tamaşası keçiriləcək. Teatr ənənəsinə sadiq qalaraq bu dəfə də "Qu gölü"nün növbəti tamaşasını 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edib.

   Balet həvəskarları tamaşada əsas rollarda Belarusun məşhur ulduzlarını - balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Yana Ştangeyi (Odetta-Odilliya) və Xalq artisti, beynəlxalq müsabiqələr laureatı İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi bir çox ölkələrdə - Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misirs. uğurlu qastrol səfərlərində olub.

   Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.

 

Mədəniyyət.-2017.- 3 mart.- S.6.