Əməkdar artistin 70 illiyi qeyd edilib

 

 

 

   Azərbaycan Dövlət Musiqili Teatrında Əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.

   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev aktyorun həyat yaradıcılığından söz açıb, onun peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan səmimi münasibətinin xarakterinin bariz nümunəsi olduğunu vurğulayıb: “Ömrünün böyük hissəsini səhnədə keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir. Bu gün 70 yaşını qeyd etdiyimiz Novruz Qartal belə xoşbəxt insanlardan biridir”.

   Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev aktyoru nazirliyin adından təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

   Sonra Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı yubilyara təqdim olunub. Novruz Qartalın sənət dostları - xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn başqaları onun yaradıcılığından söz açıblar.

   Qeyd edilib ki, Novruz Qartal 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır, bu səhnədə onlarla yaddaqalan obraz yaradıb. Buna misal olaraq “Toy kimindir?” tamaşasında Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, “Sevindik qız axtarır”da Tələbə, “Hərənin öz ulduzu”nda Kələntər, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da Dilənçilər padşahı digər rollarını qeyd etmək olar.

   Əməkdar artistlər Almaz Ələsgərli və Nərgiz Kərimovanın ifaları tədbirə xüsusi rəng qatıb. Novruz Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan tamaşalardan səhnəciklər nümayiş olunub.

 

Mədəniyyət.-2017.- 3 mart.- S.6.