“Sabahın xeyir, 100 dollar!”

 

 

 

   Gürcüstan teatrı Bakıda tamaşa göstərəcək

  

   Martın 24-də Gürcüstanın “Antoneli Teatrı”nın kollektivi Bakıda ilk dəfə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Sabahın xeyir, 100 dollarlirik komediyasını nümayiş etdiriləcək. İnqa QaruçavaPyotr Xotyanovskinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Keti Dolidzedir.

   Səhnə əsərində Azərbaycan tamaşaçılarının “Əhməd haradadır?” filmindən (Ceyran) tanıdıqları Nana Paçuaşvili (xəstə milyonçu qarı), Nineli Çankvetadze (xəstəyə baxan Eliko), Nuqzar Ruxadze (masajçı Ted), Ramaz İoseliani (skripkaçı, gürcüstanlı yəhudi Ben) iştirak edəcəklər.

   Tamaşanın məzmunu haqqında bunu demək olar ki, Eliko müstəqil yaşamaq qabiliyyətini itirmiş qarının xidmətində durur. BenTedinbu evdə öz funksiyaları var. Onların əvvəl öz həyatı olub, lakin milyonçu xanımın evinə gələndən sonra gələcək həyatlarını necə qurmaq barədə düşünməyə başlayıblar. Həyatda tənhalıq hissi onlara bir-birini tapmaqdabaşa düşməkdə kömək edir. Gürcü dilində oynanılacaq tamaşa titrlər vasitəsilə rus dilinə tərcümə ediləcək.

  

 

Mədəniyyət.-2017.- 3 mart.- S.6.