Odlu-alovlu sənətkar”

 

 

 

   Xalq artisti Mikayıl Mirzənin xatirəsi anılıb

  

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi münasibətilə “Odlu-alovlu sənətkar” adlı tədbir keçirilib. Tədbir Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında təşkil olunub.

   Baş idarədən bildirilib ki, tədbirdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Füzuli Hüseynov və başqaları çıxış edərək Mikayıl Mirzənin həyat və yaradıcılığından söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

   Bildirilib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli sənətkarlardan dərs alan, oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik idi. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazlar yaradıb.

   Tədbirdə Mikayıl Mirzənin ifasında səslənən şeirlər və yaradıcılığını əks etdirən videoslayd nümayiş olunub.

   Sonda məktəblilərin ifasında aktyorun oynadığı “Günahsız Abdulla” tamaşasından səhnəcik nümayiş olunub, şeirlər səsləndirilib.

 

Mədəniyyət.-2017.- 3 mart.- S.7.