Bizim kino günləridavam edir

 

 

   Xeyirlə Şərin rəqsinümayiş olunur

  

   Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının həyata keçirdiyiBizim kino günləri 2017” layihəsi çərçivəsində martın 2-də rejissor Yavər RzayevinXeyirlə Şərin rəqsibədii filminin kinoteatrlarda nümayişi başlanıb.

   Film Nizami Kino Mərkəzində, “Park Cinema” CinemaPluskinoteatrlar şəbəkəsində nümayiş olunur. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində Azərbaycanfilmkinostudiyasının Facebook səhifəsində yerləşdiriləcək.

   Xeyirlə Şərin rəqsiMədəniyyət Turizm Nazirliyinin dəstəyi iləAzərbaycanfilmkinostudiyasında Xalq yazıçısı Çingiz AbdullayevinQuba kapriççiosupovestinin motivləri əsasında lentə alınıb.

   Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri canlandırır.

 

Mədəniyyət.-2017.- 3 mart.- S.7.