İsveçrə səfiri tələbələrlə görüşüb

 

 

 

   Azərbaycan TurizmMenecment Universitetində (ATMU) İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştadler ilə görüş keçirilib.

   ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri haqqında danışaraq, İsveçrənin nüfuzlu turizm təhsili verən universitetləri, o cümlədən müvafiq sahə üzrə təşkilatları ilə əməkdaşlığın səmərəli olduğunu deyib.

   Görüş zamanı hər iki ölkədə turizm sahəsində mövcud vəziyyət, inkişafa dair ümumi rəy və şəxsi mülahizələr, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə mövzusu olub.

   Səfir Filip Ştadler ATMU-nun Kitabxana informasiya mərkəzində ali təhsil müəssisəsinin ingilis dilində təhsil alan tələbləri ilə görüşüb. Diplomat dünya ölkələrinin dinamik inkişafında turizm sənayesinin önəmli rol oynadığını vurğulayaraq bu sahədə yüksəkixtisaslı peşəkar kadrlara daha çox ehtiyac olduğunu diqqətə çatdırıb, tələbələrə uğurlar arzulayıb.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.9.