Ölkəmiz İordaniyada sağlamlıq səyahəti forumunda təmsil olunub

 

 

   Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan QuliyevGlobal Healthcare Travel Forumun vitse-prezidenti seçilib

   

   İordaniyanın paytaxtı Amman şəhərində 25-27 fevral tarixində “Global Healthcare Travel Forum” (GHTC - Qlobal Sağlamlıq Səyahəti Forumu) zirvəsi keçirilib. 60-a yaxın ölkədən 500-dən artıq nümayəndənin qatıldığı forumda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyeviştirak edib.

   Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur, 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Şurası başqanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Dr. Feyzi Al-Hammoridir.

   Zirvə toplantısının açılış mərasimində İordaniya Krallığının baş naziri Hani Al-Mulki, digər yüksək vəzifəli şəxslər, turizm naziri xanım Lina Mazhar Annab iştirak edib. Açılışdan sonra forum iki gün stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib.

   AHTTSA “Global Healthcare Travel Concilstendində təmsil olunub. Ziyarətçi iştirakçılara Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu s.) haqda geniş məlumat verilib, turizm potensialını əks etdirən çap elektron reklam-təbliğat materialları paylanılıb.

   Baş nazir Hani Al-Mulki, İordaniya Krallığının şahzadələri xanım Ghida Talal Dina Mired stendi ziyarət ediblər. Ümumilikdə 7 panel görüşməsi təşkil olunub. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə akkreditasiya, təhsil tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq marketinq strategiyaları, tibbi turizm, dental turizm, spa velnes turizmi, kulinariya turizmi s. istiqamətlərin maraq kəsb etdiyi vurğulanıb yeni tendensiyaların şaxəli inkişafı hədəf kimi qəbul olunub.

   Forum çərçivəsində Azərbaycan Türkiyə heyəti ölkəmizin İordaniyadakı səfirliyində Xocalı soyqırımını anma mərasiminə qatılıb.

   Forumun son günü GHTC Baş Assambleyasının qapalı toplantısı idarə heyətinə seçkilər keçirilib. Türkiyə Sağlıq Turizmi Şurasının təşəbbüsü dəstəyi ilə Azərbaycan Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev təşkilatın vitse-prezidenti seçilib iştirakçılara Azərbaycan haqqında geniş məlumat verilib. Təşkilatın yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Medical Tourism Council”in sədri xanım Leyla Marzouqi olub.

   SondaQlobal sağlıq turizmi Əmman bəyannaməsiqəbul olunub.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.9.