Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş tədbir

 

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 5 nömrəli Uşaq incəsənət məktəbində görkəmli rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış rəssamın yaradıcılığından söz açılıb. Bildirilib ki, o, cəmi 30 il yaşasa da, sənətə həsr etdiyi yeddi il ərzində 2 minədək əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoyub.

   Azərbaycanda səlis dəzgah boyakarlığının, portret, mənzərə, natürmort, süjetli- tematikteatr dekorasiya janrlarının, peşəkar, bədii peşəkar, rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

   Tədbirdə Naxçıvandakı Bəhruz Kəngərli muzeyinin eksponatlarını əks etdirən videoçarx nümayiş olunub. Sonda rəssamın əsərləri əsasında şagirdlərin çəkdikləri rəsmlər sərgilənib.

 

Mədəniyyət.- 2017.- 3 mart.- S.12.