Əlahiddə Nümunəvi Orkestrin estrada heyətinin bayram konserti

 

 

 

   Martın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı ilə çıxış edib.

   Heyət Əməkdar incəsənət xadimi, mayor Rüfət Axundzadənin bədii rəhbərliyi ilə Azərbaycan dünya bəstəkarlarının əsərlərini səsləndirib. KonsertdəAzərbaycanım”, “Sizə salam gətirmişəm”, “Mehribanım”, “Can Qarabağ digər mahnılar, “Gypsy Kings” repertuarındanBamboleo”, “Shakatakrepertuarından “Invitations” başqa əsərlər təqdim olunub.

   Konsert proqramı maraqla qarşılanıb.

   Sonra Əlahiddə Nümunəvi Orkestrin baş dirijoru, general-mayor Yusif Axundzadə çıxış edərək xanımlara təbriklərini çatdırıb.

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.3.