Ömrümün qızıl payızı”

 

   Sənədli filmin təqdimatı keçirildi

  

   Martın 7-də Dövlət Film FondundaAranFilm Yaradıcılıq Mərkəzinin istehsalı olanÖmrümün qızıl payızı” sənədli filminin təqdimatı keçirildi.

   Təqdimatda çıxış edən filmin bədii rəhbəri, rejissor Tahir Əliyev bildirdi ki, ekran əsəri Azərbaycanın ilk caz ifaçılarından olan Tünzalə Qəhrəmana həsr olunub. Filmin yaranma tarixi və ideyası ilə bağlı fikirlərini bölüşən bədii rəhbər səhnəyə səbəbkarı dəvət etdi. Sənədli ekran əsərinin qəhrəmanı Tünzalə Qəhrəman yaradıcı heyətə təşəkkürünü bildirdi və sənətə gəlişinin tarixçəsi haqqında qısa çıxış etdi, unudulmaz musiqiçilər, incəsənət xadimləri Vaqif Mustafazadə, Elşad Quliyev, Rafiq Babayev, YuliMixail Qusman qardaşları ilə bağlı xatirələrini söylədi. Xanım ifaçı bildirdi ki, səhnəyə ilk dəfə 1969-cu ildə çıxıb və “Bakı payızı” musiqi müsabiqəsinin qalibi olduqdan sonra musiqi qruplarının tərkibində bir sıra ölkələrdə konsert proqramları ilə çıxış edib.

   Daha sonra film tamaşaçılara təqdim edildi. Filmin rejissoru Yeganə Əbdülməmmədova, prodüseri İqbal Məmmədəliyevdir.

  

   L.Azəri

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.2.