Bölgələrdə müşavirələr keçirilib

 

 

 

   Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Astara rayon Mədəniyyət mərkəzində rayonun mədəniyyət müəssisələrinin rəhbərləri və işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə regional idarənin rəisi Vüsal Nəsirli yeni yaradılmış struktur, idarənin fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, problemlər və görüləcək işlər haqqında danışıb.

   Regional idarənin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri haqqında məlumat verib, müzakirələr aparılıb.

   Müşavirədən sonra Astara rayon Mədəniyyət mərkəzi, Rəsm qalereyası, Heydər Əliyev Mərkəzi, Uşaq musiqi məktəbi, Mərkəzi kitabxana, Tarix-diyarşünaslıq muzeyinə baxış keçirilib, mövcud problemlər və təkliflər dinlənilib, müvafiq tapşırıqlar verilib.

   * * *

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon nümayəndəliyində də seminar-müşavirə keçirilib. Tədbirdə regional idarənin Bərdə rayon nümayəndəliyi üzrə məsləhətçisi Validə Nabatova çıxış edib. Rayonun mədəniyyət ocaqlarının fəaliyyəti, Novruz bayramı ilə əlaqədar mədəni-kütləvi tədbirlərin təşkili və s. məsələlər müzakirə olunub.

   Rəsmi hissədən sonra Hacallı kənd Folklor klubunun özfəaliyyət kollektivi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təqdim edib.

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.6.