Heykəltəraşlar arasında açıq müsabiqə elan olunub

 

 

   Görkəmli şəxsiyyətlərin xatirəsi əbədiləşdiriləcək

  

   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Nəsirəddin Tusi, Bəxtiyar Vahabzadə və Mstislav Rostropoviçin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərinin park və bağlarında adları qeyd olunan şəxsiyyətlərin büstlərinin və ya heykəllərinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edir.

   Hazırlanacaq eskiz-layihə şəklində A3 formatında albom, eskiz-maket (model) şəklində qəbul olunur.

   Eskiz-maket (model) plastilin ya bərk materialda (gips, qalvanika s.) qəbul olunur.

   Eskiz-maketin (model) ölçüləri müəllif tərəfindən müəyyən olunur.

  

   Qəbul olunmuş layihə eskiz maket (model) əsasında ölçülərə dair tələblər:

   - Büstlər üçün: 2 natura;

   - Tam heykəl üçün: 1 ya 1,5 natura;

   - Kompozisiyada portret üçün 1 natura.

  

   Hazırlanacaq eskiz-layihə Bakı şəhərinin park bağlarından biri üçün nəzərdə tutulmalıdır.

   Eskizlər hazırlanarkən yer heykəltəraş tərəfindən seçilmiş konkret ünvan ya şərti olaraq müəyyənləşdirilmiş landşaft ola bilər.

   Eskiz-layihənin A3 formatında albom şəklində işçi model şəklində hazırlanması müəllifin ya müəlliflərin vəsaiti hesabına həyata keçirilir buna görə Mədəniyyət Turizm Nazirliyi tərəfindən heç bir ödəniş tələb olunmur.

   Müsabiqə 2017-ci il mart ayının 5-dən 2017-ci il iyun ayının 1-dək davam edir.

   Layihələr 2017-ci il iyun ayının 2-dən 9-dək Azərbaycan Dövlət Rəsm Qalereyasında (Bakı, Neftçilər prospekti, 123A, 1-ci mərtəbə 11-ci otaq, telefon +994 12 493-86-33) qəbul olunur. Layihələrin təqdim edilməsi üçün son tarix: 9 iyun 2017-ci il, saat:14:00.

   Təqdim olunacaq layihələrə ilkin mərhələdə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq ekspert komissiyası tərəfindən baxılacaqdır.

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.7.