IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları üçün vizasız səfər imkanı

 

 

   Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları Azərbaycana vizasız səfər edə biləcəklər. Bu, Azərbaycan Respublikası Prezidentinin martın 2-də imzaladığı “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.

   Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasportya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər.

   IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün icazəsinin alınması tələb olunmur.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 8 mart.- S.9.