Kukla Teatrında “Açıq qapı” günü

 

    

   A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 10 mart - Azərbaycan Milli Teatr Günü münasibətilə bayram tədbiri təşkil ediləcək.

   Tədbirdə 85 illiyini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının tarixini əks etdirən videoçarx nümayiş olunacaq. Sonra teatrın repertuarında yer alan tamaşalardan (“O olmasın, bu olsun”, “Cırtdan”, “Məlikməmməd”, “Tıq-tıq xanım”, “Karlson”, “Pinokkionun sərgüzəştləri”, “qara”, “Qoğal”, “Oyaq gözəl” və s.) ibarət səhnə çələngi təqdim ediləcək.

   Səhnədə teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları da çıxış edəcəklər.

   Teatrın foyesində müxtəlif ölçülü kuklaların sərgisi olacaq.

 

Mədəniyyət.- 2017.- 10 mart.- S.2.